-
- 23-09-2024, 15:59
- 532
SON DƏQİQƏ! Bakı-Sumqayıt qatarlarında qiymətlər artırılır?
Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tariflərinin artırılması gözlənilir.
News24.az “Yeni Sabah”a istinadla xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC bununla bağlı brifinq keçirəcək.
Məlumata görə, brifinq sərnişindaşıma xidmət sahəsində tətbiq olunacaq yeniliklər və tarif siyasəti ilə bağlı olacaq. azal vakansiya
Qeyd edək ki, bundan əvvəl ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qədər artırılıb. Hazırda Bakı- Sumqayıt qatarları üzrə gediş haqqı üzrə maksimal tarif 1 manat təşkil edir. Bu istiqamət üzrə günlük sərnişin daşıma isə ən yüksək həddə çatıb. ADY bir neçə gün əvvəl günlük sərnişindaşımaların 37 min nəfəri ötdüyünü açıqlamışdı.