“Siyəzən Broyler”in yeməkxanasında qəfil öldü
    • 24-09-2024, 12:43
    • 272

“Siyəzən Broyler”in yeməkxanasında qəfil öldü

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.

News24.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən "Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib.

Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.