-
- 24-09-2024, 20:57
- 282
Türkiyəli aktrisa dünyaca məşhurlarla eyni səhnədə
Təxminən il yarımdır sevgili olan məşhur cütlük Pınar Dəniz və Kaan Yıldırım bir müddət əvvəl Romada xoşbəxtliklərini evliliklə taclandırıblar.
News24.az xəbər verir ki, Pınar Dəniz Paris Moda Həftəsi çərçivəsində keçirilən dəfilədə gəzib.
Gözəllik brendinin siması olan Dəniz atlaz ağ libası ilə podiuma çıxıb.
Le Défilé L'Oréal Paris adlı tədbirdə Kendall Jenner, Cara Delevingne, Andie MacDowell, Jane Fonda və Eva Longoria kimi adlar gəzib.
Pınar Dəniz "Oskar"lı aktrisa Ceyn Fonda ilə görüşdüyü anları paylaşıb.
Ana olmaq üçün günləri saydığı iddia edilən Pınar Dəniz veriliş öncəsi məşqlərdən fotolar da paylaşıb.
Dəniz gecənin sonundan fotolar paylaşmağı da unutmayıb.
Həmin fotoları təqdim edirik:
Günel Məlikzadə