Məşhur cütlük evlənir: Tarix açıqlandı
    • 29-08-2024, 22:50
    • 504

Məşhur cütlük evlənir: Tarix açıqlandı

Bir müddətdir sevgili olan və bu yay evlənəcəkləri gözlənilən aktrisa cütlük Pınar Dəniz və Kaan Yıldırım tezliklə evlənir.

News24.az xəbər verir ki, ara-sıra birlikdə fotolarını izləyiciləri ilə paylaşan cütlüyün nə vaxt evlənəcəyi bəlli olub.

Birsen Altuntaşın verdiyi xəbərə görə, cütlük sentyabrın ortalarında evlənir.

Məşhur cütlük əvvəlcə birlikdə yaşayacaqları evi seçib, onun dekorasiyası ilə məşğul olub.

Məlum olub ki, Dəniz və Yıldırım bir müddətdir ki, sentyabrın ortalarında evlənməyə hazırlaşırmış.

Günel Məlikzadə