Yaxın Şərqin aktiv gücü Hizbullah kimdir?
    • 24-09-2024, 21:43
    • 249

Yaxın Şərqin aktiv gücü Hizbullah kimdir?

Hizbullah Livanda 1975-ci ildə başlayan və 15 il davam edən vətəndaş müharibəsi zamanı yaranıb.

News24.az xəbər verir ki, Livandakı bir qrup şiə İrandakı teokratik idarəçilikdən ilhamlanaraq İsrail işğalına qarşı silahlı müqavimətə başlayıb.

Ərəb ölkələrində nüfuzunu artırmaq niyyətində olan İran bu qrupa kömək etməyə başlayıb.

Şiə qruplaşması İran İnqilab Keşikçiləri Korpusunun dəstəyi ilə silahlı təşkilata çevrilərək Hizbullah adını götürüb.

1985-ci ildə nəşr olunan manifestdə Hizbullah məqsədini Qərb güclərini Livandan çıxarmaq və İsrail dövlətini məhv etmək olduğunu bəyan edib. O, İranın dini liderinə sadiqliyini bəyan edib.

O, ABŞ-ı hədəf alan hücumların yalnız Livanla məhdudlaşmayacağını açıqlayıb.

Hizbullah 1989-cu ildə Livan vətəndaş müharibəsinə son qoyan Taif razılaşması ilə silahı yerə qoymayan yeganə təşkilat olub.

Ekspertlərin fikrincə, Hizbullah bu gün ən çox silahı olan qeyri-dövlət aktorudur.

Hətta bir çox ölkədən daha çox silaha sahib olduğu deyilir.

Müvafiq olaraq, Hizbullahın 120 min ilə 200 min arasında raket və müxtəlif mənzilli raketləri var.

Təşkilat Amerika və İsrail hədəflərinə qarşı hücumları ilə adından söz etdirib.

Hizbullah 1983-cü ildə Beyrutda 300-dən çox insanın ölümünə səbəb olan Amerika və Fransa əsgərlərinin yerləşdiyi bazalara intihar hücumlarına görə məsuliyyət daşıyıb.

1992-ci ildə Argentinanın paytaxtı Beunos Ayresdə İsrail səfirliyinə bombalı hücum olub.

29 nəfərin öldüyü bombalı hücumda Hizbullahın əli olduğu yenə iddia edilib.

Hücumlardan sonra ABŞ Hizbullahı terror təşkilatları siyahısına salıb.

Qeyd edək ki, təşkilatın qurucu lideri Abbas Əl Musavi 1992-ci ildə İsrailin hücumu nəticəsində həlak olub.

Onu Həsən Nəsrullah əvəzləyib. Nəsrullah 7 üzvü olan Şura Şurasına rəhbərlik edir.

Hizbullah Livanda şiələrin məskunlaşdığı ərazilərə nəzarət edir.

Günel Məlikzadə