-
- 25-09-2024, 17:43
- 225
Türkiyədən Livana humanitar yardım
Türkiyədən Livana humanitar yardım aparan təyyarə paytaxt Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanına çatıb.
News24.az xəbər verir ki, təyyarəni Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb.
Livanın Səhiyyə Naziri Ebyad, AA müxbirinə verdiyi açıqlamada, Türkiyədən Beyruta hərbi yük təyyarəsi ilə gələn humanitar yardımın 30 ton tibbi ləvazimat və dərmandan ibarət olduğunu, həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi və Livanın tələbləri əsasında həyata keçirildiyini bildirib.
Ulusoy qeyd edib ki, Livan rəsmilərinin tələbi ilə tibbi ləvazimat, dərman və qida ləvazimatlarından ibarət 30 ton humanitar yardımı 48 saat ərzində hərbi yük təyyarəsi ilə Beyruta çatdırıblar.
Bu yardımla çətin günlər keçirən Livan xalqı ilə həmrəylik nümayiş etdirdiklərini açıqlayan Ulusoy Türkiyənin humanitar yardımları ilə Livanın yanında olmağa davam edəcəyini bildirib.
Məryəm İlhamqızı