Azərbaycanı II Avropa Oyunlarında bu boksçular təmsil edəcək - SİYAHI
    • 17-06-2019, 15:26
    • 1 596

Azərbaycanı II Avropa Oyunlarında bu boksçular təmsil edəcək - SİYAHI

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib. Komandamız iyunun 21-30-da keçiriləcək Minsk-2019-da 11 idmançı ilə təmsil olunacaq.

Boks federasiyasından News24.az-a veriilən məlumata görə, kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.

Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları “Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti 3 gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.