Abşeron rayonunda dəhşətli avtomobil qəzası - avtomobil beton maneəyə çırpıldı, sürücü ÖLDÜ
    • 17-06-2019, 15:30
    • 1 389

Abşeron rayonunda dəhşətli avtomobil qəzası - avtomobil beton maneəyə çırpıldı, sürücü ÖLDÜ

Bu gwn gunorta saatlarında Abşeron rayonunda dəhşətli yol-qəzası baş verib.

News24.az xəbər verir ki, qeyd olunan ərazidə “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə 41 yaşlı Ocaqverdiyev Vüqar İnqilab oğlu yerindəcə dünyasını dəyişib. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.