-
- 26-09-2024, 19:11
- 244
Bu xəstəlik sevməyi qeyri-mümkün edir: Bəzi həkimlər belə...
Üç fərqli araşdırmaya görə, hər 100 adamdan birində sevməyi qeyri-mümkün edən “Depersonalizasiya pozğunluğu” xəstəliyi var.
News24.az xəbər verir ki, bu xəstəlik şizofreniya kimi yaygındır.
Ancaq xəstəliyi tanıyan mütəxəssislərin sayı çox azdır.
Depersonalizasiya pozğunluğundan əziyyət çəkən həkim deyib ki, depersonalizasiya pozğunluğu nə ailə həkimi təhsili zamanı, nə də tibb məktəbində öyrədilməyib.
Ən azı iki xəstəsinə səhv diaqnoz qoyduğunu deyən həkim, həmkarlarının çoxunun bunu eşitdiklərinə inanmadığını bildirib.
DİAQNOZ VƏ MÜALİCƏ PROBLEMLƏRİ
Diaqnostik problemlərlə yanaşı, müalicəyə çatmaqda da problemlər var.
Bir il gözlədikdən sonra həkim, Londonun cənubundakı mütəxəssis klinikasına getmək üçün pul ödəmək qərarına gəlib.
"Mən müntəzəm panik atak keçirirdim. Çox, çox qorxdum. Krizdə idim" deyə xatırlayıb.
Klinikada Depersonalizasiya Pozğunluğu Xidməti yalnız 18 yaşdan yuxarı xəstələri qəbul edir ki, bu xəstəlik də adətən yeniyetməlik dövründə başlayır.
Klinika başında olan Dr. Elaine Hunter deyib ki, o, uşaqları və ya yeniyetmələri geri çevirməkdən narahatdır.
“Dəhşət içində olan 15 yaşlı uşağını bizə gətirənləri görəndə kədərlənirik, amma əlimizdən gələn çox şey yoxdur” deyib.
Hunter izah edib ki, xəstələrindən biri 13 yaşında pozğunluq yaşamağa başlayıb və iki il evdən çıxa bilməyib, gündə 10-dan çox panik atak keçirib. Xəstə əvvəlcə öz valideynlərini tanıya bilməyib.
O, 18 yaşdan kiçik xəstələr üçün də xidmətin yaxşılaşdırılmasına ümid edir.
Bir növ idrak davranışçı müalicə üsulu inkişaf etdirən Hunter, tibb işçilərinin bu mövzuda yetişdirilməsi lazım olduğunu müdafiə edir.
Hunter'in xəstələrindən biri, satış meneceri Sarah Ashley, müalicədən sonra psixi sağlamlığında böyük bir fərq yaşadığını söylədi.
"Əvvəlcə əllərimə və bədənimin digər hissələrinə baxırdı, amma mən onu tanıya bilmirdim. Güzgüyə baxanda sanki başqasının üzünə baxıram. Yeyə bilmirdim, yata bilmirdim. İndi bir az depersonallaşma olsa, tez öhdəsindən gələ bilərəm" deyir.
Dr. Hunter bildirir ki, xəstələr Google vasitəsilə öz diaqnozlarını qoyur və ailə həkimlərinə müraciət edirlər, halbuki bunun əksi olmalıdır.
Məryəm İlhamqızı