Çörəyin içindən həşərat çıxdı: Şirkətdən açıqlama - Foto
    • 26-09-2024, 13:43
    • 218

Çörəyin içindən həşərat çıxdı: Şirkətdən açıqlama - Foto

Marketdən alınan çörəyin içindən həşərat çıxıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb:

"Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi".

Məsələ ilə bağlı  Qarabağ ASC-nin direktoru Məhəmməd İbadov oxu.az-a açıqlama verib:

"Çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik. İstehsal sahəsində bəzən belə xətalar olur. Olmamalıdır, amma olub. Hazırda məsələni araşdırırıq. İşində məsuliyyətsizliyə yol verən əməkdaşla bağlı müvafiq tədbir görüləcək", - M. İbadov vurğulayıb.