Çörəyin içindən yara bandı çıxdı: “Artıq neçənci dəfədir ki...”
    • 28-11-2023, 14:53
    • 251

Çörəyin içindən yara bandı çıxdı: “Artıq neçənci dəfədir ki...”

Beyləqan rayonundakı mağazaların birindən alınmış çörəyin içindən yara bandı çıxıb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Sosial şəbəkələrdə yayılan videoda şikayətçi bunları qeyd edib:

"Neçənci dəfədir, çörək aldığımız zaman içindən yad cisimlər çıxır - saç, tük, kağız və.s. İndi də yara bandı çıxıb. Bu iyrəncliyə son verilsin".

News24.az xəbər verir ki. məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, sözügedən çörəkdə fiziki çirklənmə baş verib:

"Fiziki çirklənmə halları çox vaxt təlimsiz və məsuliyyətsiz işçi heyəti tərəfindən reallaşır. Təlimsiz olan işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Maraqlıdır ki, 21-ci əsrdə Azərbaycanda istehsalatda çalışanlar faydalı təlimlərdən kənarda qalırlar. Çünki sahibkarlar çox maliyyə sərf etmədən ancaq öz ciblərini doldurmaq istəyirlər".

Müsahibimiz bildirib ki, belə hallarda qida zəhərlənmələri qaçılmaz olur: "Burada risk qrupuna xüsusilə uşaqlar, hamilələr və yaşlılar daxildir".