Özbəkistanda məktəbdə dəhşətli olay! - ANBAAN VİDEO
    • 26-09-2024, 14:39
    • 370

Özbəkistanda məktəbdə dəhşətli olay! - ANBAAN VİDEO

Özbəkistanda 188 saylı məktəbin müəllimi rus dili dərsində şagirdi döyüb.

News24.az “Mash”-a istinadən xəbər verir ki, buna səbəb  şagirdin müəllimdən dərsdə rus dilində danışmasını tələb etməsi olub.  Əvəzində isə müəllim azyaşlını döyüb, boğub və qışqıraraq “Sus, öz vətənində rusca danışarsan” deyib.

Hadisəni sinifdəki müşahidə kameraları qeydə alıb. 

Görüntülər yayılandan sonra müəllim 7 sutkalıq həbs edilib. 

Lakin sonradan bəlli olub ki, müəllimin həbsi şagirdi döyüdüyü üçün deyil, direktor müavini ilə davasına görədir. 

Teymur Məmmədov