-
- 18-06-2019, 09:30
- 910
Bakı metrosundakı gərginliklə bağlı AÇIQLAMA
Metronun "Elmlər Akademiyası" stansiyasında bir neçə nəfərin halı pisləşib.
News24.az-ın məlumatına görə, buna səbəb qatarın hərəkətinin qəflətən dayanması olub. 10 dəiqəyədək hərəkətsiz qalan qatardakı sərnişinlərin bir çoxunun havasızlıqdan və gərginlikdən halı pisləşib.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, News24.az-a açıqlamasında metronun «Xalqlar Dostluğu» stansiyasında qatarın təxminən 10-12 dəqiqə hərəkətini dayandırdığını bildirib: "Stansiyada qatarda texniki nasazlıq yaranıb. Sərnişinlər qatardan düşürülüb. Texniki nasazlıq aradan qaldırılıb. Amma buna baxmayaraq, qaydalara uyğun olaraq, qatar depoya göndərilib. Əvəzində xəttə başqa qatar buraxılıb. Nasazlıq səhər saatlarında, sərnişin sıxlığı zamanı yarandığı üçün bu qədər diqqət çəkib.
Qatarda halı pisləşən sərnişinlərə gəlincə, B.Məmmədov bildirib ki, onlara bu haqda hər hansı şikayət daxil olmayib: "Mən tez -tez dispetçerlə əlaqə saxlayıram, təclil tibbi yardıma müraciət edən olmayıb".
Afaq Mirayiq