40 kilo arıqlayan məşhur aktyor sirrini paylaşdı
    • 26-09-2024, 16:07
    • 401

40 kilo arıqlayan məşhur aktyor sirrini paylaşdı

Yaprak Dökümü serialında "Ali Rıza" obrazı ilə yadda qalan məşhur aktyor Halil Ergün indi "Güzel Aşklar Diyarı" serialındakı rolu ilə adından söz etdirib. 

News24.az xəbər verir ki, 78 yaşlı məşhur aktyor Halil Ergün son günlər arıqlaması ilə sosial medianın gündəminə düşüb. Əvvəlki mənliyindən əsər-əlamət qalmayan usta aktyor mədə kiçiltmə əməliyyatı keçirmədiyini və sadəcə qidalanmasına fikir verərək 40 kilo arıqladığını bildirib.

Halil Ergün necə arıqladığını bu sözlərlə açıqlayıb:

''Səhər bir qaba 4-5 qaşıq qatıq və bir az kivi və ya avokado doğrayıram. Bir qaşıq yulaf sıyığı və bir çay qaşığı bal; Darçın, qara zirə və kətan toxumu əlavə edib qarışdırıram. Hər gün mütləq bir yumurta yeyirəm. Mən heç vaxt çörək yemirəm. Axşamlar lobya, mərcimək kimi paxlalılar istehlak edirəm, bu qidalar kökəlməyə səbəb olmur. Üstəlik, ət və ya toyuq da əlavə edə bilərsiniz”.

Qeyd edək ki, qatıq tərkibindəki yüksək protein sayəsində uzun müddət toxluq hissi verir. Kalsiumla da çox zəngin olan qatıq artıq piylərdən xilas olmaq istəyənlər üçün sağlam seçimdir. Avokado isə yüksək lif tərkibi sayəsində bağırsaq sağlamlığına müsbət təsir edir. Bundan əlavə, tərkibindəki mono doymamış yağ turşuları qanda yağ səviyyəsini azalda bilər. Mərci, lobya və noxud kimi paxlalı bitkilər davamlı nişasta adlanan bir növ karbohidrat ehtiva edir. Davamlı nişasta bağırsaqlarda yaxşı bakteriyaları qidalandırmağa və arıqlamağa kömək edir. Qan şəkərinin tarazlaşdırılmasında da mühüm rol oynayır.

Günel Məlikzadə