-
- 27-09-2024, 10:21
- 392
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
Tərtərdə paltar sərən 21 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb.
News24.az "Unikal"a istinadla bildirir ki, hadisə ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binada baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb.
O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölən qız nişanlı imiş, toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.