-
- 27-09-2024, 12:49
- 413
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki...
Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib. Azyaşlının ürək problemi səbəbindən həyatını itirdiyi barədə məlumatlar yayılıb.
News24.az xəbər verir ki, hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.
Bundan əlavə, uşağın ürəyində hər hansı problem olmayıb.
Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.
Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb.
Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb.
Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı araşdırma aparılır.(Bizim.Media)