Rəsmi Bakı Türkmənistanı təbrik etdi
    • Bu gün, 16:04
    • 54

Rəsmi Bakı Türkmənistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Qardaş Türkmənistanı və onun xalqını Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Müstəqillik gününüz mübarək”, - paylaşımda qeyd edilib.