Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
    • Bu gün, 11:24
    • 93

Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin News24.az-a verilən məlumata görə, M.Əliyevin yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.

"Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.