Qasırğa nəticəsində ölənlərin sayı 44-Ə ÇATDI
    • 28-09-2024, 12:05
    • 238

Qasırğa nəticəsində ölənlərin sayı 44-Ə ÇATDI

ABŞ-ın cənub-şərqindəki 5 ştatda baş verən “Helen” qasırğası nəticəsində azı 44 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Təbii fəlakət qurbanları arasında Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarının sakinləri də var. Bütün bu bölgələrdə və Tennessi ştatında daşqın zonaları yaranıb, çox sayda ev dağılıb, ağaclar qırılıb.

“PowerOutage.us” monitorinq resursunun məlumatına görə, qasırğa nəticəsində Corciya, Florida və Cənubi Karolina ştatlarında 3 milyondan çox ev işıqsız qalıb.

Teymur Məmmədov