Qasırğa 30 kiloqramdan çox narkotiki YUDU
    • Bu gün, 19:36
    • 60

Qasırğa 30 kiloqramdan çox narkotiki YUDU

ABŞ sahillərini vuran Debbi qasırğası avqustun 5-də Florida sahillərinə çəkisi 30 kiloqramdan və dəyəri bir milyon dollardan çox olan kokain gətirib.

News24.az xəbər verir ki, bu barədə ABŞ sərhəd nəzarət rəhbəri Samuel Briqqs məlumat verib. 

Qeyd edildiyi kimi, qasırğa Florida-Keysdəki çimərlikdə 25 bağlama kokaini yuyub.

ABŞ sərhəd nəzarəti narkotikləri ələ keçirib. 

Bildirək ki, qara bazarda onların dəyəri bir milyon ABŞ dollarını keçir.

Xəbər verdiyimiz kimi, Debbi qasırğası nəticəsində 4 nəfər ölüb. Həmçinin Corciya və Florida ştatlarında Debbi ABŞ-ın şərq sahillərini vurduqdan sonra təxminən 160 min insan elektrik təchizatından məhrum olub. 

Məryəm İlhamqızı