-
- 28-09-2024, 20:48
- 376
Millinin qapıçısına cəza
Argentina millisinin qapıçısı Emiliano Martines cəzalandırılıb.
News24.az İdman.biz-ə xəbər verir ki, bu barədə qərarı FİFA verib.
Qolkiper iki oyunluq diskvalifikasiya edilib. 32 yaşlı əlcək sahibi DÇ-2026-nın bu ay keçirilən Çili (3:0) və Kolumbiya (1:2) ilə matçlarındakı hərəkətlərinə görə cəza alıb. O, ilk matçda qeyri-etik jest edib, ikinci görüşdə televiziya kamerasına zərbə endirib.
Qeyd edək ki, Emiliano oktyabrda Venesuela və Boliviyaya qarşı seçmə oyunları buraxacaq.