“Qəbələ”nin məşqçisi 5 oyunluq diskvalifikasiya - OLUNDU

“Qəbələ”nin məşqçisi 5 oyunluq diskvalifikasiya - OLUNDU İdman
“Qəbələ”nin əvəzedici komandasının məşqçisi Elçin Rzazadə 5 oyunluq cəzalandırılıb.

News24.az xəbər verir ki, buna səbəb qapıçılar üzrə məşqçinin “Zaqatala”ya qarşı Birinci Divizionun XXIX tur matçından sonra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsi olub.

AFFA İntizam Komitəsi həmin oyunda qırmızı vərəqə alan Rzazadəyə 5 matçlıq cəza tətbiq etməklə yanaşı, klubunu da 400 manat məbləğində cərimələyib.

Qeyd edək ki, “Zaqatala” – “Qəbələ-2” oyunu 2:2 hesabı ilə başa çatıb.