Nazirlik: Bu günə qədər 392 451 hektar ərazidə taxıl biçini aparılıb
    • 18-06-2019, 18:01
    • 890

Nazirlik: Bu günə qədər 392 451 hektar ərazidə taxıl biçini aparılıb

Bu günə qədər Azərbaycanda 392 951 hektar ərazidə taxıl biçini aparılıb. 

News24.az
xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bunun 262 477 hektarı arpa, 129 974 hektarı isə buğda sahəsidir.
 
Ümumilikdə, bu il ölkədə 1 009 140 hektar ərazidə taxıl əkini aparılıb. Bunun 331 347 hektarı arpa, 677 793 hektarı isə buğda sahəsidir.
Ümumilikdə, bu günə qədər 1 210 443 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,8 sentner təşkil edir.

Bərdə, Zərdab və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29 926hektar sahənin 29 590 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9 600 hektar sahənin 9 565 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.


RayonArpa sahəsi, haBiçilmiş sahə, haMəhsuldarlıq, s/ha
Şəki21 62617 13034,0
Biləsuvar14 90014 87031,6
Sabirabad9 6009 56537,5
Zərdab5 7305 73030,6
Yevlax5 0835 08329,0
Cəlilabad4 5094 46035,2
Bərdə2 5682 56831,0
Beyləqan1 7651 75128,1
Ağsu16 03613 31030,8
Goranboy11 50010 15824,0
Qax2 8812 77625,9
Masallı2 7862 73821,0
Ağcabədi5 6375 45032,8
Füzuli8 5058 38029,2
Ağdam2 2152 12235,8
Tərtər3 8153 55134,3
İmişli6 3226 30034,2
Xızı1 9251 76017,0
Göyçay6 8516 27031,5
Salyan9 9179 31536,2
Ağdaş11 4738 99823,5
Saatlı5 8225 82036,2
Hacıqabul11 00810 58827,9
Siyəzən2 5162 20729,1
Balakən45845228,8
Cəbrayıl55054830,5
Lənkəran685811,9
Ucar7 7167 27726,7





Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.