-
- 29-09-2024, 20:44
- 404
Spirtli içkidən kütləvi zəhərlənmə: Ölənlər var
İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkidən istifadə nəticəsində 4 nəfər ölüb.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.
Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər. vakansiyalar
Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.