Türkiyədə 61 nəfər saxta spirtli içkidən ÖLDÜ
    • 22-12-2021, 12:36
    • 578

Türkiyədə 61 nəfər saxta spirtli içkidən ÖLDÜ

Türkiyədə dekabrın 10-dan indiyədək saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 61 nəfərə çatıb.

News24.az xəbər verir ki, dekabrın 21-də Ordu şəhərində daha 2 nəfər saxta spirtli içkinin qurbanı olub.

Məlumata görə, ölüm halları ölkənin 17 şəhərində qeydə alınıb. Təkcə İstanbulda son 10 gündə 30 nəfər saxta içkidən dünyasını dəyişib.

Saxta spirtli içki istehsalı və satışında şübhəli bilinən 5 nəfər tutulub. /Report.az/