Göygöldə azyaşlının üzərinə dəmir qapı düşdü
    • 30-09-2024, 09:36
    • 209

Göygöldə azyaşlının üzərinə dəmir qapı düşdü

Göygöldə azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon ərazisində 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb.

Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.