Sumqayıtda BƏDBƏXT HADİSƏ - Fəhlənin başına dəmir düşdü, öldü
    • 13-06-2020, 16:50
    • 1 086

Sumqayıtda BƏDBƏXT HADİSƏ - Fəhlənin başına dəmir düşdü, öldü

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində aparılan tikintidə fəhlə işləyən, 1980-ci il təvəllüdlü Məmmədov Əli Rəsul oğlunun başına dəmir parçası düşüb. Ağır xəsarət alan Ə. Məmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /APA/