-
- 30-09-2024, 19:00
- 346
Superstar konsertini bir-bir tərk etdilər - üzr istənilsə də...
Məşhur sənətçi Ajda Pekkan son aylar konsertində yaşanan protokol böhranı ilə gündəm olub. Məşhur ad indi isə Efes Antik Teatrında verdiyi konsertdə yaşananlarla gündəmdədir.
News24.az xəbər verir ki, superstar Ajda Pekkan Efes Antik Teatrında keçirilən konsertinə gecikib.
Tanınmış müğənni saat 21:00-dakı konsertinə 22:00 olmağına baxmayaraq hələ də başlamadıqda uğultu artmağa başlayıb.
Pekkan texniki çətinliklər səbəbindən konsert yerinə gec gəlib. Tıxac, səhnə hazırlığı kimi problemlər konsertin bir saatdan çox gecikməsinə səbəb olub.
Tamaşaçılar bu vəziyyətə səbirsizlənsə də, bəziləri hətta konsert meydanını tərk etməyə başlayıb.
Saatlarla gözlədikdən sonra, Ajda Pekkan, nəhayət səhnəyə çıxdıqdan sonra pərəstişkarlarını salamlayıb və onlardan üzr istəyib.
Məryəm İlhamqızı