Aytəkin bu restorandan şikayətçidir
    • Bu gün, 11:48
    • 101

Aytəkin bu restorandan şikayətçidir

Aparıcı Aytəkin Mərdanova "Port Baku"da yerləşən məşhur "The house cafe"dən şikayət edib.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı getdiyi məkanda xoşagəlməz halla rastlaşdığını bildirib. 

Bununla bağlı sosial şəbəkədə paylaşım edən Aytəkin "Deməli, bu kafe insanları boğaza yığıb. Aşağı səviyyədə xidmət, şəristəsizlikləri və insanların əsəbləri ilə oynamaqları ilə...Ancaq vəzifəli şəxslərə və onların övladlarına xidmət etmək istəyirlər. Siravi vətəndaşa burada istirahət etmək olmaz. Xahiş edirəm, bu kafe haqqında tədbir görülsün" sözlərini yazıb.