![Bakıda məşhur kafe bağlandı - FOTOLAR](/uploads/posts/2023-06/1686999893_1471013.jpg)
-
- 17-06-2023, 15:04
- 338
Bakıda məşhur kafe bağlandı - FOTOLAR
Bakıda fəaliyyət göstərən əfsanəvi “Hard Rock Cafe” bağlanıb.
News24.az xəbər verir ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil: "Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır".
Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, Rolls-Royce avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox "Hard Rock Cafe"nin fəaliyyət göstərdiyi qeyd olunur.![](/uploads/posts/2023-06/1686999890_whatsapp-image-2023-06-17-at-13_53_24.jpeg)
News24.az xəbər verir ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil: "Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır".
Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, Rolls-Royce avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox "Hard Rock Cafe"nin fəaliyyət göstərdiyi qeyd olunur.
![](/uploads/posts/2023-06/1686999890_whatsapp-image-2023-06-17-at-13_53_24.jpeg)
![](/uploads/posts/2023-06/1686999890_bez-nazvaniya-1.png)