-
- 30-09-2024, 21:06
- 344
Məşhur futbolçu millidən getdi
"Atletiko"nun futbolçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.
News24.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.
O yazıb: “Xatirələrlə dolu bir halda həyatımın bu fəslini bağlayıram. Bu möhtəşəm macəraya görə hər kəsə təşəkkür edirəm. Tezliklə görüşərik”.
Qeyd edək ki, Antuan Qrizmann Fransa millisində 2014-cü ilin martında debüt edib. O vaxtdan bəri forvard millinin heyətində 137 oyun keçirib və 44 qol vurub. 2018-ci ildə Antuan Fransa ilə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub.
Bu mövsüm Qrizmann "Atletiko"nun heyətində bütün turnirlərdə 8 oyun keçirib, 3 qola və 4 qol ötürməsinə imza atıb.