-
- 28-11-2023, 19:10
- 227
“Atletiko”nun futbolçusu unikal rekorda imza atdı
İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke unikal rekorda imza atıb.
News24.az report-a istinadla xəbər verir ki, Yarımmüdafiəçi La Liqanın XIV turunda “Malyorka” ilə görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.
1:0 hesablı qələbə qazandıqları matçda 63 dəqiqə mübarizə aparan Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb. Kapitan madridlilərin heyətində bunu bacaran ilk futbolçudur.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. Yarımmüdafiəçi bu müddətdə 47 qol vurub, 113 məhsuldar ötürmə verib.