-
- 30-09-2024, 21:35
- 577
Çinarə Məlikzadə keçmiş həyat yoldaşı haqda: "Onunla düşmən..."
Müğənni Çinarə Məlikzadə "Rəngarəng" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmmədli ilə münasibətindən danışıb:
“Düşünürəm ki, onu sevmişəm. Həyatımda bir dəfə sevmişəm və ondan sonra bu hissi yaşamamışam. Artıq ona qarşı hisslərim bitib. Bağ zamanla qopur. Mən realist insanam. Ayrılıq varsa, sevgi də bitir. Bu hisslər necə qala bilər? Bir-iki il Əlibəy ilə ailəli olmuşuq. Onunla düşmən kimi ayrılmamışıq. Biz insan kimi evlənmişik, insan kimi də ayrılmışıq. Aramızda hörmət var. Düşmən münasibətində deyilik. Bu günə qədər boşanmağımın səbəbi haqqında danışmamışam. İkimizin də səhvlərimiz olub, ayrılmışıq. Bir-birimizə uyğun olmamışıq".