Bülent Ersoy: Dəfnimə heç kim gəlməsin!
    • 30-09-2024, 15:26
    • 304

Bülent Ersoy: Dəfnimə heç kim gəlməsin!

Türk klassik musiqisinin divası Bülent Ersoy son dövr sənətçilərinin yaşadığı itkilərdən, dəfn mərasimlərində sədaqət olmamasından danışıb.

News24.az xəbər verir ki, Antalyada jurnalistlərlə söhbət edən məşhur ad, "Vəfasızlıq təkcə dəfn mərasimlərində deyil. Biz bu həyatda nəfəs aldıqca bu vəfasızlıqlar davam edəcək. And içirəm, heç vecimə də deyil və heç kimin dəfnimdə olmasını istəmirəm,özüm gedəcəm”.

Sezen Aksunun "Özümü yaxşı hiss etsəm yenidən səhnəyə qayıda bilərəm" sözlərini xatırladan Ersoy, "Çox sevindim. Çünki onun yoxluğu böyük bir əskiklikdir. Ən yaxşı səslərdən biridir. O qədər gözəl oxuyur ki, çox dəyərli bir sənətçi olduğu qədər də çox dəyərli bir sənətkardır. Onu canlı, duyğuyla dinləmək lazımdır" dedi.

Günel Məlikzadə