19 yaşlı holland qız müsəlman OLDU
    • Bu gün, 20:57
    • 134

19 yaşlı holland qız müsəlman OLDU

Hollandiya vətəndaşı 19 yaşlı Şantal Rina Stefani  təşkil edilən 'müsəlmanlıq mərasimində' müsəlman olub.

News24.az xəbər verir ki, Aydın İl Müftiliyinə müraciət edən və müsəlman olmaq istədiyini bildirən Hollandiya vətəndaşı Chantal Rina Stefani Ter üçün din dəyişdirmə mərasimi keçirilib. 

Quran tilavəti ilə başlayan mərasimdə şəhadət oxuyaraq müsəlman olan Şantal Rina Stefani Ter 'Rabia' adını alıb. Əyalət Müfti müavini Mustafa Karaman İslam dinini seçən Hollandiya vətəndaşı Rabianı təbrik edərək, gənc qıza din dəyişdirmə şəhadətnaməsi və Qurani-Kərim hədiyyə edib.

Günel Məlikzadə