İranda futbola qarşı etiraz:
    • 8-10-2019, 13:34
    • 827

İranda futbola qarşı etiraz: "Müsəlman qadının şərəfinə hörmət edilməyəcək" - VİDEO

Tehranda qadınların futbol stadionlarına daxil olmasına icazə verilməsinə qarşı mitinq keçirilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mitinq İran və Kamboca arasında keçiriləcək Dünya Kubokunun seçmə oyunundan üç gün əvvəl təşkil edilib.

İranın İslam Respublikası elan olunmasından indiyədək ilk dəfə qadın azarkeşlər futbol oyunu izləyəcəklər. Nümayişçilər bunun bütün iranlıların həyatını dəyişdirə biləcəyinə inanırlar: "Biz müsəlman qadınlar, şiələrik və baş verənlərdən tamamilə narazıyıq, çünki müsəlman qadının şərəfinə hörmət edilməyəcək. Bu da bizə ciddi təsir edir. Müsəlman qadınların şərəf və ləyaqəti yalnız kişilərin olduğu məkanına girərsə pozulacaq".