Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb
    • 18-06-2019, 20:07
    • 2 413

Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.