Kartof qızardarkən mətbəxi yandırdı
    • Bu gün, 12:32
    • 61

Kartof qızardarkən mətbəxi yandırdı

Türkiyədə 15 yaşlı qız mətbəxdə kartof qızardarkən yanğın baş verib və çaxnaşmaya səbəb olub.

News24.az xəbər verir ki, Sevcan F.-yə məxsus olduğu öyrənilən evin mətbəxində yanğın baş verib, 15 yaşlı qız uşağı yanıb. 

Yanğınsöndürmə briqadası yanğına müdaxilə edərkən, alov digər otaqlara keçmədən söndürülüb. Yanğın mətbəxə ziyan vurub.

Qeyd edək ki, xəstəxanaya çatdırılan uşağın vəziyyətinin yaxşı olduğu öyrənilib.

Günel Məlikzadə