Yanğın panikası
    • 17-05-2024, 13:49
    • 219

Yanğın panikası

İzmirin Bayraklı rayonunda yanğın çaxnaşması yaşanıb.

News24.az xəbər verir ki, yanğın saat 03.30 radələrində ikimərtəbəli evdə baş verib.

Evində yanğın olduğunu anlayan ev sahibi tez evdən çıxaraq kömək istəyib.

Qonşularının qışqırığından ayılan məhəllə sakinləri vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib. Yanğınsöndürmə briqadası gələnə qədər alovun bitişik evlərə keçməsinin qarşısını almaq üçün öz imkanları ilə müdaxilə edib.

Xəbərdarlıq edən yanğınsöndürənlər küçəyə gələrək yanğına müdaxilə edərkən, qısa müddətdə böyüyən yanğın bütün binanı bürüyüb.

Yanğın təsirli müdaxilə ilə nəzarət altına alınarkən, alovlara təslim olan ev yararsız hala düşüb.

Qeyd edək ki, yanğında ölən və yaralanan olmadığı öyrənilib.

Evdəki yanğına şarj cihazının rozetkada unudulmuş olmasından qaynaqlandığı iddia edilib.

Yanğının dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Günel Məlikzadə