-
- 1-10-2024, 12:55
- 408
“Sözümüz düz gəlmir mübahisə edirik” - Mətanət Əliverdiyeva
Sevilən aparıcı Mətanət Əliverdiyeva Xəzər TV-nin efirində yeni layihəyə aparıcılıq edir.
Daha çox sosialyönümlü layihə "Xəyanətdən sonra" adlanır. Belə ki, verilişin mövzuları eyniadlı serialın bölümlərindən, orada baş verən hadisələrdən götürülür və real şəkildə təhlil edilir. Bununla bağlı verilişin aparıcısı Mətanət Əliverdiyeva News24.az-a danışıb. O bildirib ki, bu yeni layihədir:
"Xəyanət" serialında baş verən hadisələri çıxarış edirik, mövzuları ailə tandemi kimi müzakirə edirik. Mövzular tam reallığı əks etdirir, ekspertlərimiz dünyagörüşlü aktyor Vahid Əliyev, hüquqşünas Tağı müəlllim, psixoloq Aytən xanım kimi təcrübəli insanları bir araya toplamışıq. Mən də bir ana, bir aparıcı kimi, həyat təcrübəsi olan insan kimi müzakirələr, bəzən də mübahisələr edirik".
M.Əliverdiyevanı tamaşaçılar əsasən çal-çağırlı, musiqili və şou verlişlərində görüblər. Ancaq təcrübəli aparıcı belə bir formatda sıxılmadığını, burada da tamaşaçıların rəğbətini qazanacağına əmindir: "Qətiyyən sıxılmıram, veriliş həftənin 5 günü efirdədir və hər gün də maraqlı mövzular müzakirə edilir. Hətta sözümüz düz gəlmir mübahisə edirik. Misal olaraq Vahid müəllim qadınları müdafiə edir, yaxud çox vaxt Tağı müəllimlə mübahisə edirik. Ancaq verilişin müsbət tərəfləri olduqca çoxdur. Bilmədiyim elə məsələlər olur ki, onu hüquqşünasdan öyrənirəm, psixoloqdan da öyrəndiyim bilgilər var. Ümumiyyətlə, elə bir aparıcıyam ki, istənilən formatda veriliş apara bilirəm və bu, mənim üçün çox xoşdur. Hətta lotoreya verilişi də aparıam, özümü orada da hiss edirəm. Ancaq o verilişi aparıram ki, özümü onu içində görüm. Mənim tərzimə, ruhuma uyğun olan verilişi yüksək səviyyədə aparmağa çalışıram. "Xəyanətdən sonra" layihəsini də çox bəyəndim, iç dünyama uyğundur. Darıxsam, sıxılsam heç vaxt veriliş apara bilmərəm".
Ağa