İslam
    • 31-08-2023, 23:36
    • 283

İslam "Xəzər axşamı"ndan getdi

"Xəzər TV"də çalışan aparıcı-aktyor İslam Mehrəliyev daha bir kanalda veriliş aparacaq.

News24.az xəbər verir ki, bu barədə aparıcı Axşam.az-a açıqlamasında bildirib. O, yeni mövsümdə "Xəzər axşamı" proqramında yer almayacağını, başqa bir layihə ilə həmin kanalda tamaşaçı qarşısına çıxacağını vurğulayıb.

İslam eyni zamanda "Space" televiziyasında da aparıcılıq edəcəyini qeyd edib.

Xatırladaq ki, İslam "Xəzər axşamı" proqramını Mətanət Əliverdiyeva ilə birlikdə aparırdı.