-
- 1-10-2024, 21:45
- 221
Eyni anda iki insanı sevmək mümkündürmü? - ARAŞDIRMA
İnsanın eyni anda ancaq bir insana aşiq olması iddiası artıq mifə çevrilir.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, Böyük Britaniyada aparılan tədqiqatlar insanın eyni anda bir neçə şəxsi sevə biləcəyini sübuta yetirib. Tədqiqatçılar aşiq olan zaman orqanizmdə dofamin və oksitosin hormonlarının ifrazının artdığını, nəticədə insanın zövq, şəhvət və həyəcan hisslərinin yüksəldiyini bildiriblər.
Onların fikrincə, əgər insanın bütün fiziki və mənəvi ehtiyacları təmin olunursa, onun sevgilisindən kənar bir şəxsə aşiq olması qeyri-mümkündür. Ancaq psixoloji bir boşluq yaşayan insanlar eyni anda ikinci, hətta üçüncü insanı da sevə bilər.
Araşdırmaçılar cəmiyyətin formalaşması nəticəsində “tək partnyorluq” anlayışının dəyişdiyini də diqqətə çatdırıblar.