-
- 1-10-2024, 15:45
- 565
Əmanətlərin 66 faizi manata “stavka” edilib
Azərbaycanda vətəndaşlar tərəfindən banklara 13 milyard 892 milyon manat əmanət qoyulub.
News24.az Modern.az-a istinadən xəbər veriri ki, fiziki şəxslərin əmanətlərinin 9 milyard 110 milyon manatı və ya 65,6 faizi manatla qoyulub.
Vəsaitlərin 4 milyard 781 milyon manatı və ya 34,6 faizi xarici valyuyada yerləşdirilib
Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 1,8 faiz və ya 148 milyon manat artıb.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2,4 faiz bəndi azalaraq 33,9 faaiz təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi əhali yenə də vəsaitlərini milli valyutada saxlamağa üstünlük verir.
Buna səbəb manatla qoyulan əmanətlərin faizlərinin yüksək olmasıdır.
Belə ki, hazırda qorunan əmanətlər üzrə illik faiz dərəcəsi 12 faiz olduğu halda xarici valyutada 2,5 faizdir.