-
- 1-10-2024, 16:38
- 380
Qucağında qaynar su torbası partladı - xəstəxanaya yerləşdirildi
İngiltərənin Mançester şəhərində yaşayan Yazmin Hardi menstrual ağrıları aradan qaldırmaq üçün qarnına qoyduğu qaynar su torbasının partlaması nəticəsində xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, gənc qız ağzına qədər dolu olan torba qəfil partlayanda baş verənlərə təəccüblənib. Qaynar su gənc qadının ayaqlarına, qarnına və əllərinə sıçrayıb. Dərhal vanna otağına gedən Hardi 30 dəqiqə soyuq duş qəbul edib. Lakin ayağındakı yanma davam etdiyi üçün Mançesterdəki xəstəxanaya gedib.
Həkimlər ölü dərini çıxardıqdan sonra gənc qızın yaralarını sarıblar. Ancaq Hardinin ayağındakı çapığın qalıcı ola biləcəyini söyləyiblər.
Mütəxəssislər xəbərdarlıq edib ki, xarab olma ehtimalı olduğundan su torbaları hər 2 ildən bir dəyişdirilməlidir.
Məryəm İlhamqızı