Ayı gənc qızı uçurumdan atdı - DƏHŞƏTLİ
    • 12-07-2024, 18:32
    • 434

Ayı gənc qızı uçurumdan atdı - DƏHŞƏTLİ

Gənc qadın sevgilisi ilə şəlaləyə doğru dırmaşarkən vəhşi ayının hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, Rumıniyada vəhşi bir ayı tərəfindən  sürüklənərək təxminən 121 metrlik uçurumdan atılan gənc qız hücum zamanı ümidsizcə təcili qaynar xəttə zəng edərək xilas olmağa çalışıb.

Adı Maria Diana olan 19 yaşlı gənc qadın sevgilisinin gözü qarşısında vəhşi ayının hücumuna məruz qalıb.

Xilasetmə qrupları hadisə yerinə gələndə vəhşi heyvanın hələ də gənc qadının cəsədinin ətrafında olduğunu aşkar ediblər. Bundan dərhal sonra ayı onlara hücum etmək istəyib və güllələnib.

Qurbanın naməlum sevgilisi soyuqqanlı hücumun şahidi olsa da, xoşbəxtlikdən xəsarət almadan xilas olub. 

O, "Ayını qorxutmağa çalışdım. Onun əvəzinə mənə hücum etməsini üstün tutardım", - deyə qeyd edib.

Məryəm İlhamqızı