Azərbaycan iqtisadiyyatı 2.2 faiz ARTDI - SON STATİSTİKA
    • 19-06-2019, 13:24
    • 1 628

Azərbaycan iqtisadiyyatı 2.2 faiz ARTDI - SON STATİSTİKA

2019-cu ilin yanvar-may aylarında ölkədə 30608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitsindən News24.az-a verilən məlumata görə, ÜDM istehsalının 46,0 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3099,0 manata bərabər olub.