-
- 2-10-2024, 12:29
- 401
83 nömrəli marşrut xəttində nə baş verir? - RƏSMİ
Biləcəri sakinləri 83 nömrəli müntəzəm avtobus marşrutundan şikayətçidirlər.
News24.az xəbər verir ki, Biləcəridən Təbriz küçəsi istiqamətləri üzrə hərəkət edən avtobus marşurutu sərinişinləri sözün əsl mənasında təngə gətirib.
İstismar müddətini başa vurmuş avtobuslar, sürücülərin kobud rəftarı və həddindən artıq gecikməyə səbəb olmaları sərnişinlərin səbr kasalarını doldurub. Vəziyyət o həddə çatıb ki, hər səhər avtobus salonunda sürücü ilə sərnişinlər arasında xoşagəlməz dialoqlar adi hala çevirilib.
Bəzən mənzil başına birinci dayanacaqdan sonuncu dayanacağa çatmaq üçün 2 saat vaxt sərf olunur.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladıq, qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Daşıyıcılara sürücülərin sərnişinlərlə etik davranış qaydalarına nəzarəti gücləndirmək tapşırığı verilib:
“Bakının Təbriz küçəsini Biləcəri qəsəbəsinin Yahya Hüseynov küçəsi ilə əlaqələndirən 83 nömrəli müntəzəm marşrut üzrə 11 avtobus 10 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərir.
Şəhərin küçə və prospektlərində, əsasən günün pik saatlarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur.
Şəhərdaxili avtobuslarda sürücülərin kobud rəftarı məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara sürücülərin sərnişinlərlə etik davranış qaydalarına nəzarəti gücləndirmək tapşırığı verilib.
Əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi tətbiq edilir.
Qeyd edək ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə daha 170 avtobus marşrutu cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır:.
Qeyd edək ki, Biləcəri qəsəbəsi Biləcəri qəsəbəsinin Yahya Hüseynov küçəsindən 20 yanvar istiqamətindən şəhərə daxil olan tək marşurut 83 nömrəli avtobusdur.
Ağa