-
- 2-10-2024, 13:45
- 692
Yaşa görə minimum əmək pensiyası bu qədər artacaq - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham növbəti ildən etibarən minimum pensiya və minimum əməkhaqqında artımların olacağını bildirib.
Bəs görəsən yaşa görə minimum pensiyalar nə qədər artacaq ?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, yaşa görə əmək pensiyası 10-15 faiz arta bilər:
"Hazırda bizdə yaşa görə əmək pensiyası məbləği çox aşağıdır. Sonuncu artımdan sonra məhsul və xidmətlərin qiymətlərində baş verən bahalaşmalar yəni real infilyasiya ən az 50 faiz civarındadır. Hesab edirəm ki real indeksasiya bu həddə olmalıdır. Yəni yaşa görə minimum pensiya ən azı 50 faiz artırılmalıdır. Əgər rəsmi infilyasiya həcmi ilə hesablansa yaşa görə minimum pensiya 10-15 faiz artacaq. Bu da real indeksasiyanı təmin etməyəcək. Hesab edirəm ki, bu məbləğ 350 manata çata bilər, amma əslində daha çox olmalıdır. Ən azı 400-500 manat təyin edilməlidir. Bu eyni zamanda pensiyaların, minimum əmək haqqının və yaşayış minimumunun artırılması ilə bağlı olmalıdır. Onların həcmində nə qədər artım olacaqsa, yaşa görə pensiyalarda da təxminən o civarda artım olacaq. Mən təxminən 10-15 faiz artım gözləyirəm. Amma həmin vəsaitin əmtəə dəyərinə nəzər salsaq, bu günki məbləği 350-yə çatdırmaq belə 1-2 il əvvəlki pulun alıcılıq qabiliyyətini ödəmir. Bu gün bu məbləğ 350 manata çatdırılsa belə 1 il əvvəlki pensiya dəyərinə düşən məhsul və xidmətləri ödəyə bilməyəcək. Ölkədə 700 mindən çox yaşa görə pensiya alan vətəndaş var. Bu əhalinin böyük bir kateqoriyasıdır. Onlar ən az maliyyə vəsaiti alanlardandır. Minimum əmək haqqı da,əmək pensiyaları da daha yüksək məbləğdədir. Anca yaşa görə pensiya hamısından aşağıdır. Bu isə indiki bahalaşma və mövcud davamlı infilyasiya şəraitində ayrılan vəsaitin dəyərinin xeyli azalmasına gətirib çıxarır. Bunu kompensasiya eləmək üçün məbləğ 50 faiz civarında artırılmalıdır".