-
- 2-10-2024, 15:50
- 166
Son model tibbi avadanlıqların quraşdırılması istiqamətində bu addımlar atılacaq
Hazırda ölkəmizdə tibb sahəsində yenilənmələr davam edir. Ancaq bu gün bəzi dövlət tibb müəssisələrində son model tibbi avadanlıqların yetəri qədər rast gəlinmir. Bəs, gələcəkdə bu istiqamətdə hansı işlər görüləcək?
Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli News24.az-a açıqlama verib.
Deputat tibbi avadanlıqların tam şəkildə yenilənməsi üçün maddi vəsaitin lazım olduğunu diqqətə çatdırıb:
"İcrabi Tibbi Sığorta Fondunun yaranmasından sonra tibb müəssisələrində tibb avadanlıqlarının yeniləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Əksər tibb müəssisələri son model tibbi avadanlıqlarla təchiz olunub. Lakin bəzi müəssisələrdə tibbi avadanlıqlara bağlı çatışmazlıqlar mövcuddur. Ancaq bütün bunların yenilənməsi üçün maddi vəsait lazımdır. Biz də deputat kimi büdcə ilə bağlı müzakirələr zamanı təkliflər irəli sürmüşük, bundan sonra da təkliflərimiz olacaq. Qeyd edim ki, hazırda bir çox regionlarda bu istiqamətdə satınalmalar aparılır və tibb sahəsində maddi texniki baza yaxşılaşdırılır. Təbii ki, yaxın gələcəkdə bu sahədə işlərin daha da sürətlənməsini müşahidə edəcəyik".
Ağa