Oktyabr ayının hava proqnozu - Çətirlərinizi hazır saxlayın
    • 2-10-2024, 17:30
    • 230

Oktyabr ayının hava proqnozu - Çətirlərinizi hazır saxlayın

Oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə olunur. 

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova News24.az-a açıqlamasında deyib. 

G.Məmmədova bildirib ki, tutqun günlərin sayı çoxalır: "Hazırda düşən yağıntıların miqdarı və havanın tempraturu ötən aylardan fərqlənir. Oktyabr ayında havanın orta aylıq tempraturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olcağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasıına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Birinci on günlüyün ilk günlərində ölkə ərazisində hava şəaitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağcağı, şimşək yağacağı gözlənilir. Yaxın günlərdə də Abşeron yarım adasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı müşahidə edilir. Lakin ayın 3-ü gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qisamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın makmimal tempraturu 20-25° olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayın 3-ü gündüz səhər saatlarında yağıntılarda qısamüddətli fasilə olacaq. Havanın maksimal tempraturu aran rayonlarında 22-27°, dağlıq ərazilərdə isə 8-13° isti olacaq”. 

Ağa